Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində II tura start verilib.
"Report"un məlumatına görə, günün ilk matçında B qrupunda İran və Uels yığmaları üz-üzə gəliblər.
Qarşılaşma İranın 2:0 hesablı qələbəsi ilə bitib. Britaniya təmsilçisinin qapıçısı Ueyn Hennessi 86-cı dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
90+8-ci dəqiqədə Ruzbe Çeşmi, 90+11-ci dəqiqədə isə Ramin Rezaeyan fərqlənib.
Bu nəticədən sonra xallarının sayını üçə çatdıran İran ikinci pilləyə yüksəlib. Uels isə ABŞ-la birlikdə bir xalda qalıb. Qrupa üç xalla İngiltərə başçılıq edir.
Bu qrupda İngiltərə - ABŞ oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qətərdə keçirilən dünya çempionatında Uels və İran yığmaları arasında B qrupunun II tur oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, hələlik görüşdə hesab açılmayıb.
Qətərdə keçirilən dünya çempionatında Uels və İran yığmaları arasında B qrupunun II tur oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
Qətərdə keçirilən dünya çempionatında Uels və İran yığmaları arasında B qrupunun II tur oyunu başlayıb.
"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürüb.
Qətərdə keçirilən dünya çempionatının B qrupunun II turunda üz-üzə gələcək Uels və İran milli komandalarının start heyətləri açıqlanıb.
"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaq.
Uels: 1. Ueyn Hennessi, 5. Kris Mefam, 6. Co Rodon, 4. Ben Deyvis, 14. Konnor Roberts, 15. İtan Ampadu, 10. Aaron Remzi, 8. Harri Uilson, 3. Neko Uillyams, 11. Qaret Beyl (k), 13. Kiffer Mur
İran: 20. Hüseyn Hüseyni, 3. Ehsan Həcsəfi, 5. Milad Muhammədi, 23. Ramin Rezayan, 19. Macid Hüseyni, 6. Səid İzzətulahi, 17. Əli Quluzadə, 21. Əhməd Nurullahi, 20. Sərdar Azmun, 9. Mehdi Taremi, 8. Murtaza Purilaqanji.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.