DÇ-2022: Seneqal Qətərə qalib gəlib

DÇ-2022: Seneqal Qətərə qalib gəlib Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürüb
Futbol
25 Noyabr , 2022 19:01
DÇ-2022: Seneqal Qətərə qalib gəlib

Qətərdə keçirilən dünya çempionatında ev sahibləri ilə Seneqal yığması arasında A qrupunun II tur oyunu başa çatıb. 

"Report" xəbər verir ki, qarşılaşma Seneqalın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

19:00

Qətərdə keçirilən dünya çempionatında ev sahibləri ilə Seneqal yığması arasında A qrupunun II tur oyununda hesab növbəti dəfə dəyişib.

"Report"un məlumatına görə, qarşılaşmanın 82-ci dəqiqəsində Dienq Seneqalın üstünlüyünü yenidən iki topa çatdırıb - 3:1.

18:44

Qətərdə keçirilən dünya çempionatında ev sahibləri ilə Seneqal yığması arasında A qrupunun II tur oyununda hesab növbəti dəfə dəyişib.

"Report"un məlumatına görə, qarşılaşmanın 78-ci dəqiqəsində Qətərin oyunçusu Muntari hesab arasındakı fərqi azaldıb - 1:2. 

18:13

Qətərdə keçirilən dünya çempionatında ev sahibləri ilə Seneqal yığması arasında A qrupunun II tur oyununda hesab dəyişib.

"Report"un məlumatına görə, 48-ci dəqiqədə Famara Didu 2-ci qolu Qətər yığmasının qapısından keçirib - 2:0.

18:07

Qətərdə keçirilən dünya çempionatında ev sahibləri ilə Seneqal yığması arasında A qrupunun II tur oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, ilk yarıdan sonra Afrika təmsilçisi hesabda öndədir - 1:0. Yeganə qolu 41-ci dəqiqədə Bulaye Dia vurub.

17:52

Qətərdə keçirilən dünya çempionatında Qətər və Seneqal yığmaları arasında A qrupunun II tur oyununda birinci hissə başa çatıb.

"Report"un məlumatına görə, Afrika təmsilçisi fasiləyə öndə yolanıb - 1:0.

Yeganə qolu 41-ci dəqiqədə Bulaye Dia vurub.

17:42

Qətərdə keçirilən dünya çempionatında Qətər və Seneqal yığmaları arasında A qrupunun II tur oyununda hesab açılıb.

"Report"un məlumatına görə, Afrika komandasının heyətində 41-ci dəqiqədə Bulaye Dia fərqlənib.

17:00

Qətərdə keçirilən dünya çempionatında Qətər və Seneqal yığmaları arasında A qrupunun II tur oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə 17:00-da start götürüb.

16:06

Qətərdə keçirilən dünya çempionatının A qrupunun II turunda üz-üzə gələcək Qətər və Seneqal yığmalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaq.

Qətər: 22. Meşal Barşam, 2. Pedro Migel, 17. Mohammed İsmael, 16. Bualem Xuki, 3.Hassan Abdelkerim, 14. Homam Ahmed, 10. Hasan Al Haydos, 12. Karim Budiaf, 23. Assim Madibo, 19. Almoez Ali, 11. Akrem Afif

Seneqal: 16. Eduard Mendi, 22. Abdu Diallo, 14. İsmail Yakobs, 3. Kalidu Kulibali, 21. Yusuf Sabali, 6. Nampalis Mendi, 5. Queye İdrissa, 18. İsmaila Sarr, 19. Famara Didu, 15. Krepin Diatta, 9. Bulaye Dia

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi