DÇ-2022: Mərakeş - Xorvatiya oyununda qalib müəyyənləşməyib

DÇ-2022: Mərakeş - Xorvatiya oyununda qalib müəyyənləşməyib Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürüb
Dünya Çempionatı - 2022
23 Noyabr , 2022 15:55
DÇ-2022: Mərakeş - Xorvatiya oyununda qalib müəyyənləşməyib

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında daha bir qarşılaşma oynanılıb.

"Report"un məlumatına görə, F qrupunun I turunda Mərakeş və Xorvatiya komandaları üz-üzə gəlib.

Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, qrupun digər matçında Belçika Kanada ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

15:04

Qətərdə keçirilən dünya çempionatında Mərakeş və Xorvatiya yığmaları arasında F qrupunun I tur oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, hələlik görüşdə hesab açılmayıb.

14:48

Qətərdə keçirilən dünya çempionatında Mərakeş və Xorvatiya yığmaları arasında F qrupunun I tur oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

14:00

Qətərdə keçirilən dünya çempionatında Mərakeş və Xorvatiya yığmaları arasında F qrupunun I tur oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşmanı argentinalı FIFA referisi Fernando Rapallini idarə edir.

12:55

Qətərdə keçirilən dünya çempionatının F qrupunun ilk turunda üz-üzə gələcək Xorvatiya və Mərakeş yığmalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar.

Xorvatiya: 1. Dominik Livakoviç (q), 22. Yosip Yuranoviç, 6. Deyan Lovren, 20. Yosko Qvardiol, 19. Borna Sosa, 11. Marselo Brozoviç, 10. Luka Modriç, 8. Mateo Kovaçiç, 13. Nikola Vlaşiç, 4. İvan Perişiç, 9. Andrey Kramariç

Mərakeş: 1. Yassin Bunu, 2. Əşrəf Hakimi, 6. Romen Saiss, 5. Nayef Aquerd, 3. Nussair Mazraui, 15. Selim Amallah, 4. Sofyan Amrabat, 8. Umai Azzedin, 7. Hakim Ziyeş, 17. Sofyan Bufal, 19. Yussuf En-Nesiri

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi