2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində bu gün IX tura yekun vurulacaq.
"Report"un məlumatına görə, turun sonuncu oyun günündə 3 qrupda 7 qarşılaşma keçiriləcək.
D qrupunda Fransa Qazaxıstana qalib gəlsə, mundialın final mərhələsinə vəsiqə qazanacaq. Qrupun digər matçında Bosniya və Herseqovina Finlandiya ilə üz-üzə gələcək.
E qrupunda Belçika Estoniyaya qalib gəlsə, vaxtından əvvəl DÇ-2022-də iştirakını rəsmiləşdirəcək. Qrupun digər qarşılaşmasına gəldikdə, Uels millisinin lideri Qaret Beyl Belarusla görüşdə yığmada 100-cü oyununu keçirəcək.
G qrupunda Norveç Latviyanı, Türkiyə Cəbəllütariqı, Monteneqro Niderlandı qəbul edəcək. Niderland qələbə qazansa, Norveç isə xal itirsə, "narıncılar" mundiala vəsiqə qazanmış olacaq.
"Ay-ulduzlular" isə pley-off şanslarını davam etdirmək üçün mütləq "cırtdanlar"a qalib gəlməlidir.
DÇ-2022, seçmə mərhələ
IX tur
13 noyabr
D qrupu
18:00. Bosniya və Herseqovina - Finlandiya
23:45. Fransa - Qazaxıstan
Xal durumu: Fransa - 12 (6 oyuna), Ukrayna - 9 (7), Finlandiya - 8 (6), Bosniya və Herseqovina - 7 (6), Qazaxıstan - 3 (7)
E qrupu
23:45. Uels - Belarus
23:45. Belçika - Estoniya
Xal durumu: Belçika - 16 (6 oyuna), Çexiya - 11 (7), Uels - 11 (6), Estoniya - 4 (6), Belarus - 3 (7).
G qrupu
21:00. Norveç - Latviya
21:00. Türkiyə - Cəbəllütariq
23:45. Monteneqro - Niderland
Xal durumu: Niderland - 19, Norveç - 17, Türkiyə - 15, Monteneqro - 11, Latviya - 5, Cəbəllütariq - 0.