DÇ-2022: Danimarka mundiala vəsiqə qazana bilər, İngiltərə Macarıstanı qəbul edəcək

DÇ-2022: Danimarka mundiala vəsiqə qazana bilər, İngiltərə Macarıstanı qəbul edəcək 2022-ci il futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VIII tura yekun vurulacaq.
Futbol
12 Oktyabr , 2021 08:00
DÇ-2022: Danimarka mundiala vəsiqə qazana bilər, İngiltərə Macarıstanı qəbul edəcək

2022-ci il futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VIII tura yekun vurulacaq.

"Report"un məlumatına görə, qarşılaşmaların ardından bir neçə yığma qruplardakı mövqelərini daha da yaxşılaşdıra bilər.

A qrupunda Portuqaliya Lüksemburqu, Serbiya isə Azərbaycanı qəbul edəcək. Meydan sahibləri qələbə qazanacaqları təqdirdə ilk iki sıranı özləri üçün təmin edəcəklər.

Gürcüstan Kosovonun, Yunanıstan isə İsveçin qonağı olacaq. B qrupundakı yığmaların taleyi qarşıdakı turlarda həll olunacaq.

Son Avropa çempionu İtaliya da meydana çıxmadan ilk iki sıradan birini rəsmiləşdirə bilər. Bunun üçün Bolqarıstanın Şimali İrlandiyaya uduzmaması lazımdır. C qrupunda İsveçrə Litvanı yensə və Şimali İrlandiya Bolqarıstana qalib gələ bilməsə, İsveçrənin də ilk pillələrdə yer alacağı dəqiqləşəcək.

D qrupunun bu günkü matçları da B qrupu kimi həlledici olmayacaq. Qazaxıstan Finlandiya ilə, Ukrayna Bosniya və Herseqovina ilə üz-üzə gələcək.

F qrupunda Danimka Avstriyanın müqavimətini qırmağa çalışacaq. Meydan sahibləri bu görüşdə uduzmasa DÇ-2022-yə vəsiqə əldə edəcək.

I qrupunda İngiltərə Macarıstanı, San Marino Andorranı, Albaniya isə Polşanı qəbul edəcək. Britaniyalılar qələbə sayəsində ilk iki sıranı rəsmiləşdirmiş olacaq.

Qeyd edək ki, dünya çempionatına birbaşa vəsiqəni 10 qrupda 1-ci yeri tutan komandalar qazanacaqlar. 2-ci pilləni tutan 10 ölkə Millətlər Liqasının ümumi reytinqində 2 qrup qalibləri ilə birgə pley-off mərhələsində üz-üzə gələrək, qalan 3 vəsiqənin sahibini müəyyənləşdirəcək.

DÇ-2022, seçmə mərhələ
VIII tur
12 oktyabr

A qrupu

22:45. Portuqaliya - Lüksemburq

22:45. Serbiya - Azərbaycan

Xal durumu: Serbiya - 14 (6 oyuna), Portuqaliya - 13 (5), Lüksemburq - 6 (5), İrlandiya - 5 (6), Azərbaycan - 1 (6)

B qrupu

22:45. Kosovo - Gürcüstan

22:45. İsveç - Yunanıstan

Xal durumu: İspaniya - 13 (6 oyuna), İsveç - 12 (5), Yunanıstan - 9 (5), Kosovo - 4 (6), Gürcüstan - 1 (6)

C qrupu

22:45. Litva - İsveçrə

22:45. Bolqarıstan - Şimali İrlandiya

Xal durumu: İtaliya 14 (6 oyuna), İsveçrə - 11 (5), Şimali İrlandiya - 5 (4), Bolqarıstan - 5 (6), Litva - 3 (6)

D qrupu

18:00. Qazaxıstan - Finlandiya

22:45. Ukrayna - Bosniya və Herseqovina

Xal durumu: Fransa - 12 (6 oyuna), Ukrayna - 8 (6), Bosniya və Herseqovina - 6 (5), Finlandiya - 5 (5), Qazaxıstan - 3 (6)

F qrupu

22:45. Farer adaları - Şotlandiya

22:45. Danimarka - Avstriya

22:45. İsrail - Moldova

Xal durumu: Danimarka - 21, Şotlandiya - 14, İsrail - 10, Avstriya - 10, Farer adaları - 4, Moldova - 1

I qrupu

22:45. San Marino - Andorra

22:45. İngiltərə - Macarıstan

22:45. Albaniya - Polşa

Xal durumu: İngiltərə - 19, Albaniya - 15, Polşa - 14, Macarıstan - 10, Anorra - 3, San Marino - 0.

Yoldaşlıq görüşü

22:45. İrlandiya - Qətər

Son xəbərlər

Orphus sistemi