DÇ-2022: Albaniya - Polşa oyunu azarkeşlərin davranışına görə yarımçıq dayandırılıb
DÇ-2022: Albaniya - Polşa oyunu azarkeşlərin davranışına görə yarımçıq dayandırılıbAlbaniya və Polşa yığmaları arasında futbol üzrə 2022-ci il dünya çempionatının seçmə oyunu yarımçıq dayandırılıb.
Albaniya və Polşa yığmaları arasında futbol üzrə 2022-ci il dünya çempionatının seçmə oyunu yarımçıq dayandırılıb.
"Report"un məlumatına görə, buna 77-ci dəqiqədə qonaq komandanın futbolçusu Karol Sviderskinin vurduğu qoldan sonra meydana yerli fanatların meydana yad əşyalar atmaları səbəb olub. Fransalı baş hakim Kleman Turpen komandaları paltardəyişmə otağına göndərib. Hələlik qarşılaşmanın davam etdirilib-etdirilməyəcəyi məlum deyil.
Qeyd edək ki, görüş Tiranadakı "Air Albania" stadionunda keçirilir. Hazırda Polşa öndədir - 1:0.