DÇ-2018: Nigeriya İslandiyanı məğlub edib

DÇ-2018: Nigeriya İslandiyanı məğlub edib Görüşdə hər iki qolu Ahmed Musa vurub
Futbol
2717
22 İyun , 2018 20:55
DÇ-2018: Nigeriya İslandiyanı məğlub edib

Bakı. 22 iyun. REPORT.AZ/ Rusiyada keçirilən futbol üzrə dünya çempionatının D qrupunda ikinci turun oyunlarına yekun vurulub.

"Report"un məlumatına görə, Nigeriya İslandiya ilə üz-üzə gəlib. 

"Volqoqrad Arena"da baş tutan qarşılaşma Nigeriyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hər iki qolu Ahmed Musa vurub. 26 yaşlı hücumçu 49 və 75-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb. Mundialda ilk qələbəsini qazanan Nigeriya xallarının sayını 3-ə çatdırıb. İslandiya isə iki turdan sonra 1 xala malikdir.  

DÇ-2018

22 iyun

II tur

D qrupu

19:00. Nigeriya - İslandiya - 2:0 

Qol: Ahmed Musa, 49. 75

Hakimlər: Mettyu Konger, Saymon Lant (hər ikisi yeni Zelandiya), Tevita Makasini (Tonqa), Rikardo Montero (Kosta-Rika), Hiroşi Yamauçi (Yaponiya)

Volqoqrad, "Volqoqrad Arena"

Son xəbərlər

Orphus sistemi