DÇ-2018-in seçmə qrup mərhələsində VII turun növbəti oyunları keçirilib - VİDEO

DÇ-2018-in seçmə qrup mərhələsində VII turun növbəti oyunları keçirilib - VİDEO C, E və F qruplarında 9 görüş baş tutub
Futbol
2 Sentyabr , 2017 00:57
DÇ-2018-in seçmə qrup mərhələsində VII turun növbəti oyunları keçirilib - VİDEO

Bakı. 2 sentyabr. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində VII turun növbəti oyunları keçirilib.

"Report" xəbər verir ki, C, E və F qruplarında 9 görüş baş tutub.

Azərbaycan milli komandasının yer aldığı qrupda sensasiya baş verməyib. Almaniya Çexiyaya, Şimali İrlandiya isə San Marinoya səfərdə qalib gəlib.

C qrupu

22:45. Çexiya – Almaniya - 1:2

Qollar: Vladimir Darida, 78, Timo Verner, 4, Mats Hummels, 88


22:45. Norveç – Azərbaycan - 2:0

Qol: Coşua Kinq, 32-penalti ilə. Rəşad Sadıqov, 60-öz qapısına


22:45. San Marino – Şimali İrlandiya - 0:3

Qol: Coş Magennis, 71; 75. Stüart Devis, 78-penalti ilə

Xal durumu: Almaniya - 21, Şimali İrlandiya - 16, Çexiya - 9, Norveç - 7, Azərbaycan - 7, San Marino - 0.

E qrupu

20:00. Qazaxıstan – Monteneqro - 0:3

Qollar: Marko Veşoviç, 31. Fatoş Beçiray, 53. Marko Şimiç, 63

22:45. Danimarka – Polşa - 4:0

Qol: Tomas Delani, 16. Andreas Kornelius, 42. Nikolay Yorgensen, 59. Kristian Eriksen, 80

22:45. Rumıniya – Ermənistan - 1:0

Qol: Aleksandru Maksim, 90+1

Yerinə yetirilməyən penalti: Boqdan Stanku, 55

Xal durumu: Polşa - 16, Monteneqro - 13, Danimarka - 13, Rumıniya - 9, Ermənistan - 6, Qazaxıstan - 2

F qrupu

22:45. Litva – Şotlandiya - 0:3

Qollar: Stüart Armstronq, 25. Endi Robertson, 30. Ceyms Makartur, 73

22:45. Malta – İngiltərə - 0:4

Qol: Harri Keyn, 53, 90. Rayan Bertrand, 86, Danny Welbeck, 90

22:45. Slovakiya – Sloveniya - 1:0

Qol: Adam Nemets, 81

Xal durumu: İngiltərə - 17, Slovakiya - 15, Şotlandiya - 11, Sloveniya - 11, Litva - 5, Malta - 0.

Son xəbərlər

Orphus sistemi