David Alaba "Bavariya"dan ayrılacağını açıqladı

David Alaba "Bavariya"dan ayrılacağını açıqladı Almaniya "Bavariya"sının futbolçusu David Alaba cari mövsümün sonunda komandadan ayrılacaq
Futbol
16 Fevral , 2021 17:53
David Alaba Bavariyadan ayrılacağını açıqladı
David Alaba

Almaniya "Bavariya"sının futbolçusu David Alaba cari mövsümün sonunda komandadan ayrılacaq.

"Report"un məlumatına görə, bu barədə avstriyalı müdafiəçi klubun rəsmi saytına açıqlamasında deyib.

29 yaşlı cinah oyunçusu artıq yekun qərarını verdiyini bildirib: "Yeni macəra yaşamaq üçün bu addımı atıram. Asan qərar deyil. 13 ildir bu komandanın üzvüyəm. Klub mənə doğmadır. Hələ hara gedəcəyimi bilmirəm. Agentlərim digər klublarla danışırlar".

Qeyd edək ki, David Alaba ilə İspaniyanın "Real Madrid" klubu yaxından maraqlanır.

Son xəbərlər

Orphus sistemi