Daha bir futbolçu zədəyə görə Türkiyə millisindən kənarda qalıb
Futbol
- 14 noyabr, 2024
- 12:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Portuqaliyanın "Portu" klubunda çıxış edən Deniz Gül zədə səbəbindən Türkiyə millisindən kənarda qalıb.
"Report" xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
O, ilk dəfə çağırıldığı yığmanın düşərgəsindən zədəyə görə ayrılıb. 20 yaşlı hücumçu Uels və Monteneqro ilə UEFA Millətlər Liqası matçlarını buraxacaq. Onun əvəzinə İspaniyanın "Xetafe" klubunda forma geyinən Bertuğ Yıldırım yığmaya cəlb olunub.
Qeyd edək ki, "ay-ulduzlular"da daha əvvəl zədə səbəbindən Çağlar Söyüncü və Ferdi Kadıoğlu heyətdən çıxarılmışdı.
Türkiyə yığması noyabrın 16-da Uels, üç gün sonra isə Monteneqro ilə üz-üzə gələcək.
Son xəbərlər
00:00
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
Daxili siyasət
23:51
Rezai: Yaxın Şərqdəki problemlərin həlli dörd ölkənin birgə fəaliyyətindən asılıdır
Region
23:34
"Kommersant": Rusiya dizelinin ixracı yanacaq qiymətlərini aşağı salmayıb
Energetika
23:17
Foto
"Qızıl top"un saytı səhvən mükafatın qalibləri ilə bağlı paylaşım edib
Futbol
22:55
Ronaldu Portuqaliya millisinin Millətlər Liqası oyunları üçün ilkin heyətinə çağırılıb
Futbol
22:47
UKMTO: Fars körfəzində bir tankerin yandığı barədə məlumat daxil olub
Digər ölkələr
22:40
"Napoli"nin baş məşqçisi Massimiliano Alleqri iki oyunluq diskvalifikasiya olunub
Futbol
22:36
Foto
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub
Daxili siyasət
22:34
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Region