CONMEBOL Uruqvay - Kolumbiya matçından sonrakı dava ilə bağlı bəyanat yayıb

CONMEBOL Uruqvay - Kolumbiya matçından sonrakı dava ilə bağlı bəyanat yayıb Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) ABŞ-də təşkil olunan Amerika Kubokunun yarımfinalından sonra uruqvaylı futbolçular və kolumbiyalı azarkeşlər arasında baş verən dava ilə bağlı rəsmi açıqlama yayıb.
Futbol
11 İyul , 2024 11:35
CONMEBOL Uruqvay - Kolumbiya matçından sonrakı dava ilə bağlı bəyanat yayıb

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) ABŞ-də təşkil olunan Amerika Kubokunun yarımfinal matçından sonra uruqvaylı futbolçular və kolumbiyalı azarkeşlər arasında baş verən dava ilə bağlı bəyanat yayıb.

"Report" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, CONMEBOL oyundan sonra baş verən hadisəni pisləyib.

“CONMEBOL futbola təsir edən hər hansı zorakılıq aktını qətiyyətlə pisləyir. İşimiz futbolun bizi müsbət dəyərləri ilə birləşdirdiyi inanca əsaslanır. Meydanda və ya ondan kənarda dözümsüzlüyə, zorakılığa yer yoxdur. Hər kəsi komandalarını dəstəkləmək və unudulmaz vaxt keçirmək üçün qalan günlərdə bütün enerjilərindən istifadə etməyə çağırırıq”, - bəyanatda bildirilib.

Qeyd edək ki, yarımfinalda Uruqvaya 1:0 hesabı ilə qalib gələn Kolumbiya yığması finalda Argentina ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi