CONCACAF "Gold Cup" turnirinin qalibi müəyyənləşib

Futbol
  • 17 iyul, 2023
  • 05:00
CONCACAF Gold Cup turnirinin qalibi müəyyənləşib

ABŞ-da keçirilən Şimali, Mərkəzi Amerika və Karib hövzəsi üzrə (CONCACAF) "Gold Cup" turnirinin qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, finalda Meksika və Panama milliləri üz-üzə gəliblər.

Qarşılaşma Meksikanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 88-ci dəqiqədə Santyaqo Ximenes vurub.