Çempionlar Liqası: "Atletiko" inamlı, "Mançester Siti" əzmkar qələbə qazanıb - VİDEO

Çempionlar Liqası: "Atletiko" inamlı, "Mançester Siti" əzmkar qələbə qazanıb - VİDEO Bakı. 21 fevral. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Futbol
21 Fevral , 2019 02:04
Çempionlar Liqası: Atletiko inamlı, Mançester Siti əzmkar qələbə qazanıb - VİDEO

Bakı. 21 fevral. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

"Report"un məlumatına görə, son 2 matç İspaniyaAlmaniyada keçirilib.

Final oyununun təşkil olunacağı Madriddəki "Metropolitano" stadionunda "Atletiko" və İtaliyanın "Yuventus" klubları üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 78-ci dəqiqəXose Maria Ximenes, 83-cü dəqiqədə isə Dieqo Qodin vurub.

"Şalke" isə İngiltərənin "Mançester Siti" komandasını qəbul edib. Görüş qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb - 3:2. Hesabı 18-ci dəqiqədə "şəhərlilər"in ən məhsuldar hücumçusu Serxio Aqüero 18-ci dəqiqədə açıb. Meydan sahibləri bu qola fasiləyədək Nabil Bentalebin 38 və 45-ci dəqiqələrdə penaltidən vurduğu qollarla cavab veriblər. 68-ci dəqiqədə "Mançester Siti"nin futbolçusu Nikolas Otamendi qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. Bununla belə, İngiltərə təmsilçisi Leroy Sanenin 86-cı, Rahim Sterlinqin isə 90-cı dəqiqədə vurduğu qollarla qələbəyə nail olub.

Qeyd edək ki, 1/8 final mərhələsinin əvvəlki ilk oyunlarında "Roma" İtaliyada Portuqaliya "Portu"suna 2:1, "Tottenhem" İngiltərədə Almaniyanın "Borussiya" (Dortmund) komandasına 3:0 hesabı ilə qalib gəlib. Fransa PSJ-si İngiltərədə "Mançester Yunayted"i 2:0, İspaniya "Real Madrid"i Hollandiyada "Ayaks"ı 2:1 hesabı ilə yenib. "Liverpul" (İngiltərə) - "Bavariya" (Almaniya) və "Lion" (Fransa) - "Barselona" (İspaniya) görüşləri isə qolsuz yekunlaşıb. Cavab görüşləri 5-6 və 12-13 martda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi