Çimərlik futbolu üzrə Azərbaycan millisi İspaniyaya qalib gəlib
Futbol
- 07 sentyabr, 2016
- 15:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 sentyabr. REPORT.AZ/ Çimərlik futbolu üzrə Azərbaycan millisi 2017-ci il Dünya Kubokunun Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda ilk oyununu keçirib.
"Report"un məlumatına görə, İtaliyanın Yezolo şəhərində baş tutan görüşdə rəqib İspaniya yığması olub.
Qarşılaşma 4:2 hesabı ilə başa çatıb. Millinin heyətində İlkin Hacıyev, Sabir Allahquliyev və Orxan Məmmədov fərqlənib. Bir dəfə isə ispaniyalı futbolçu topu öz qapısına göndərib.
Qeyd edək ki, milli komanda növbəti oyununu sentyabrın 8-də İsveçrə yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Son xəbərlər
13:22
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
Fərdi
13:22
"Yandex" axtarış sisteminin Azərbaycandakı bazar payı 6,5 dəfə azalıb
İKT
13:19
SOCAR ötən rüb neft emalını 3 %-dən çox azaldıb
Energetika
13:09
SOCAR qazma işlərini 74 %-dən çox artırıb
Energetika
13:08
Azərbaycanda oktyabrda hava iqlim normasından 3 dərəcə yuxarı olub
Ekologiya
13:07
Bəqai: İran ABŞ ilə atəşkəsi iki gün ərzində razılaşdırmağa hazırdır
Region
13:07
UEFA Çempionlar Liqası: "Vikinq" - "Sabah" oyununu niderlandlı hakim idarə edəcək
Futbol
13:00
Lamin Yamal qol və assist göstəricilərinə görə liderdir
Futbol
12:58
"Alpin"in pilotu Franko Kolapinto 10 saniyəlik cəza alıb
Fərdi