"Qarabağ" rekordçu, "Neftçi" antirekordçudur

Futbol
  • 25 may, 2020
  • 07:56
Qarabağ rekordçu, Neftçi antirekordçudur
Qurban Qurbanov və Roberto Bordin

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) dünyanın 84 ölkəsinin milli çempionatında klublar və baş məşqçilərlə bağlı araşdırma aparıb.

"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, 2015 - 2019-cu illəri əhatə edən araşdırmada bu müddət ərzində ən çox və ən az baş məşqçi dəyişikliyi edən klubların reytinqi açıqlanıb.

Siyahıdakı 766 komandadan yalnız 30-u son 5 ildə cəmi 1 mütəxəssisə güvənib ki, onların arasında "Qarabağ" da var. 48 yaşlı baş məşqçi rekordçular arasında oyun sayına görə 12-ci yerdə qərarlaşıb.

Azərbaycan klubları arasında ən yaxşı 2-ci göstərici "Qəbələ" və "Sumqayıt"a məxsusdur. Hər iki komanda qeyd olunan müddətdə 4 baş məşqçinin xidmətindən yararlanıb. 3-cü sırada "Keşlə" (6), 4-cü pillədə isə "Neftçi" (8) yer alıb.

Qeyd edək ki, 2015 - 2019-cu illər ərzində ən çox baş məşqçi dəyişikliyi edən komanda Boliviya təmsilçisi "Real Potosi"dir. Komandaya son 5 ildə ümumilikdə 20 mütəxəssis rəhbərlik edib. 

44 filmi