Bakı. 15 avqust. REPORT.AZ/ UEFA Çempionlar Liqasında "play-off" mərhələsinin bütün cütlükləri müəyyənləşib.
"Report" xəbər verir ki, "Qarabağ"ı mübarizədən kənarlaşdıran Belarus BATE-si Hollandiyanın PSV komandası ilə üz-üzə gələcək.
Hollandiyanın digər təmsilçisi "Ayaks" isə Kiyev "Dinamo"sunu mübarizədən kənarlaşdırmağa çalışacaq.
Türkiyənin "Fənərbağça" komandasını iki oyunun nəticəsinə görə üstələyən Portuqaliya "Benfika"sı Yunanıstanın PAOK klubunun müqavimətini qırmağa çalışacaq.
"Play off" mərhələsinin ilk görüşləri 21-22 avqustda, cavab matçları isə 28-29 avqustda keçiriləcək. ÇL-in "play-off"unun 6 qalibi qrup mərhələsinə vəsiqə qazanacaq.
Çempionlar Liqası, "play-off" mərhələsi
"Srvena Zvezda" (Serbiya) - "Zaltsburq" (Avstriya)
BATE (Belarus) - PSV (Hollandiya)
"Yanq Boyz" (İsveçrə) - "Dinamo" (Zaqreb, Xorvatiya)
"Videoton" (Macarıstan) - AEK (Afina, Yunanıstan)
"Benfika" (Portuqaliya) - PAOK (Yunanıstan)
"Ayaks" (Hollandiya) - "Dinamo" (Kiyev, Ukrayna)