Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilir

Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilir Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.
Futbol
2 Avqust , 2022 08:00
Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilir

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma baş tutacaq.

Açılış matçında "Şerif" Moldovada Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edəcək.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Bolqarıstanda "Lüdoqorets"in qonağı olacaq. 25 yaşlı forvard zədə səbəbindən bu görüşdə iştirak edə bilməyəcək.

Niderland PSV-si Fransada "Monako" ilə, Şotlandiya "Reyncers"i Belçikada "Yunion" ilə, Danimarka "Midtüllan"ı isə Portuqaliyada "Benfika" ilə üz-üzə gələcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

2 avqust

21:00. "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya)

21:45. "Lüdoqorets" (Bolqarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya)

22:00. "Monako" (Fransa) - PSV (Niderland)

22:45. "Yunion" (Belçika) - "Reyncers" (Şotlandiya)

23:00. "Benfika" (Portuqaliya) - "Midtüllann" (Danimarka)

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin digər 5 oyunu avqustun 3-də keçiriləcək. Azərbaycan çempionu "Qarabağ" Bakıda Macarıstan "Ferentsvaroş"unu qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi