Çempionlar Liqası: Bu gün daha 11 oyun keçiriləcək

Çempionlar Liqası: Bu gün daha 11 oyun keçiriləcək Bu gün UEFA Çempionlar Liqasında (ÇL) II təsnifat mərhələsinin oyunları keçiriləcək.
Futbol
26 Avqust , 2020 07:40
Çempionlar Liqası: Bu gün daha 11 oyun keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) II təsnifat mərhələsinin oyunları keçiriləcək. 

"Report" xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" Moldova "Şerif"i ilə üz-üzə gələcək. 

Bakıdakı görüşdən başqa daha 10 qarşılaşma keçiriləcək. Mərhələnin taleyi bir oyundan sonra bəlli olacaq.

Qalib gələn komandalar ÇL-də III təsnifat mərhələsinə yüksələcək. Məğlub olanlar isə mübarizəyə Avropa Liqasında davam edəcək.

Avropa Liqasında isə I təsnifat mərhələsinin bir matçı baş tutacaq. Lüksemburq təmsilçisi “Proqress” Monteneqronun "Zeta" klubu ilə üz-üzə gələcək. 

26 avqust 

Çempionlar Liqası, II təsnifat mərhələsi 

Qeyri-çempionlar

18:30. “Alkmaar” (Niderland) - “Viktoriya” (Çexiya)
21:00. “Lokomotiv” (Zaqreb, Xorvatiya) - “Rapid” (Vyana, Avstriya)

Çempionlar 

20:00. “Qarabağ” (Azərbaycan) - “Şerif” (Moldova)
20:00. “Suduva” (Litva) - “Makkabi” (Təl-Əviv, İsrail)
20:00. "Tselye" (Sloveniya) - “Molde” (Norveç)
21:30.“Lüdoqorets” (Bolqarıstan) - “Midtülland” (Danimarka)
22:00. “Dinamo” (Brest, Belarus) - “Sarayevo” (Bosniya və Herseqovina)
22:00. ÇFR (Rumıniya) - “Dinamo” (Zaqreb, Xorvatiya)
22:00. “Legiya” (Polşa) - “Omoniya” (Kipr)
22:15. “Yanq Boyz” (İsveçrə) - “Klaksvik” (Farer adaları)
22:45. “Seltik” (Şotlandiya) - “Ferentsvaroş” (Macarıstan)

Avropa Liqası, I təsnifat mərhələsi

20:30. “Proqress” (Lüksemburq) - “Zeta” (Monteneqro)

Qeyd edək ki, ilk oyun günündə PAOK Yunanıstanda Türkiyə "Beşiktaş"ını 3:1, Serbiya "Srvena Zvezda"sı isə Albaniyada "Tirana"nı 1:0 hesabı ilə yenərək, ÇL-də mübarizədən kənarlaşdırıb. Avropa Liqasının təsnifatında isə Litvanın "Riteryay" komandası əlavə vaxtda İrlandiyanın "Derri Siti" klubunu mübarizədən kənarlaşdıra bilib 3:2. 

Son xəbərlər

Orphus sistemi