Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər məlum olub

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər məlum olub UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.
Futbol
16 Sentyabr , 2021 08:50
Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər məlum olub

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.

"Report"un məlumatına görə, bu ada Almaniya "Leyptsiq"indən Kristofer Nkunku, "Bavariya"dan Robert Levandovski, Niderland "Ayaks"sından Sebastyan Alle və Almaniyanın "Borussiya" (Dortmund) komandasından Cud Bellingem iddia edir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.

Son xəbərlər

Orphus sistemi