Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu

Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu UEFA Çempionlar Liqasının final matçından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.
Futbol
25 Avqust , 2020 15:32
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Manuel Noyer

UEFA Çempionlar Liqasının final matçından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb. 

"Report"un məlumatına görə, bu ada Almaniya "Bavariya"sının qapıçısı Manuel Noyer layiq görülüb 

34 yaşlı qolkiper azarkeşlərin səsverməsinə əsasən, komanda yoldaşları - Kinqsli Koman ilə Tiaqu Alkantaranı və PSJ-dən isə Markinyosu geridə qoyub.

Qeyd edək ki, həlledici qarşılaşamada Fransa PSJ-sini 1:0 hesabı ilə məğlub edən "Bavariya" 6-cı dəfə Çempionlar Liqasının qalibi olub.

Son xəbərlər

Orphus sistemi