Çempionlar Liqasında ən erkən het-trik rekordu yenilənib

Çempionlar Liqasında ən erkən het-trik rekordu yenilənib Almaniyanın "Bavariya" komandasının futbolçusu Robert Levandovski Çempionlar Liqası tarixində ən erkən het-trik müəllifi olub.
Futbol
9 Mart , 2022 01:30
Çempionlar Liqasında ən erkən het-trik rekordu yenilənib

Almaniyanın "Bavariya" komandasının futbolçusu Robert Levandovski Çempionlar Liqası tarixində ən erkən het-trik müəllifi olub.

"Report"un məlumatına görə, polşalı hücumçu Münhendəki "Alyans Arena"da Avstriya "Zaltsburq"u ilə 1/8 final mərhələsinin cavab qarşılaşmasında 23 dəqiqəyə 3 qol vurub.

33 yaşlı forvard 12-ci və 21-ci dəqiqələrdə penaltidən, 23-cü dəqiqədə isə oyun epizodundan fərqlənib.

Bununla da Levandovski İtaliya "Milan"ının hücumçusu Marko Simoneyə məxsus rekordu qırıb. Simone 1996-cı ildə Norveç "Rusenborq"u ilə qarşılaşmada ilk 24 dəqiqə ərzində 3 qol vurmuşdu.

Qeyd edək ki, hazırda "Bavariya" öndədir - 5:1.

Son xəbərlər

Orphus sistemi