Çempionlar Liqası: "Qarabağ" səfərdə "Şkendiya"ya qalib gəlib - YENİLƏNİB-4

Futbol
  • 05 avqust, 2025
  • 23:54
Çempionlar Liqası: Qarabağ səfərdə Şkendiyaya qalib gəlib - YENİLƏNİB-4

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə "Şkendiya"ya (Şimali Makedoniya) qalib gəlib.

"Report" xəbər verir ki, "Todor Proeski” stadionunda keçirilən matçda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Yeganə qol 18-ci dəqiqədə Toral Bayramovun "ayağına yazılıb". O, Leandro Andradeyə qarşı kobud oyuna görə təyin olunan penaltini qola çevirib.

Qeyd edək ki, tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq. İki görüşün nəticəsinə əsasən qələbə qazanan kollektiv pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” cütünün qalibi ilə üz-üzə gələcək.

23:06

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" (Şimali Makedoniya) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, "Todor Proeski” stadionunda keçirilən oyunda Ağdam təmsilçisi 1:0 hesabı ilə öndədir.

Azərbaycan klubunun heyətində 18-ci dəqiqədə Toral Bayramov penalti zərbəsini qola çevirib.

22:47

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" (Şimali Makedoniya) - "Qarabağ" oyununda birinci hissə başa çatıb.

"Report" xəbər verir ki, "Todor Proeski” stadionunda keçirilən oyunda Ağdam təmsilçisi fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.

Azərbaycan klubunun heyətində 18-ci dəqiqədə Toral Bayramov penalti zərbəsini qola çevirib.

22:18

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" (Şimali Makedoniya) - "Qarabağ" matçında hesab açılıb.

"Report" xəbər verir ki, "Todor Proeski” stadionunda keçirilən oyunda Ağdam təmsilçisi hesabda irəli çıxıb.

Azərbaycan klubunun heyətində 18-ci dəqiqədə Toral Bayramov penalti zərbəsini qola çevirib.


22:00

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" (Şimali Makedoniya) - "Qarabağ" matçı start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma "Todor Proeski” stadionunda keçirilir.

Görüşü slovakiyalı referi İvan Krujlyak idarə edir.

Son xəbərlər

Bütün Xəbər Lenti