Çempionlar Liqası: Qrupa yüksələn son 3 komanda müəyyənləşib

Çempionlar Liqası: Qrupa yüksələn son 3 komanda müəyyənləşib UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə yekun vurulub.
Futbol
258
29 Avqust , 2019 01:02
Çempionlar Liqası: Qrupa yüksələn son 3 komanda müəyyənləşib

UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, ikinci oyun günündə keçirilmiş daha 3 cavab oyunundan sonra qrup mərhələsinə bütün vəsiqələrin sahibləri müəyyənləşib.

"Qarabağ"ı III raundda mübarizədən kənarlaşdıran Kipr APOEL-i səfərdə Hollandiya çempionu "Ayaks"a uduzub - 0:2. İlk görüş qolsuz yekunlaşdığı üçün "Ayaks" ÇL-in, APOEL isə Avropa Liqasının qrupuna yüksəlib.

Belçika “Brügge” kollektivi evdə Avstriyanın LASK komandasına, Çexiya "Slaviya"sı isə Rumıniya ÇFR-inə qalib gələrək, ÇL-in qrupuna çıxıb. LASK və ÇFR isə mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.

Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

23:00. “Brügge” (Belçika) – LASK (Avstriya) - 2:1

Qollar: Hans Vanaken, 70. Emmanuel Bonaventure, 89 - Klauss, 74 (penalti ilə)

Qırmızı vərəqə: Gernot Trauner, 81 (LASK)

İlk oyun - 1:0

23:00. “Slaviya” (Praqa, Çexiya) – ÇFR (Kluj, Rumıniya) - 1:0

Qol: Yan Boril, 66

İlk oyun - 1:0

23:00. “Ayaks” (Hollandiya) – APOEL (Kipr) - 2:0

Qollar: Edson Alvares, 43. Duşan Tadiç, 80

İlk oyun - 0:0

Son xəbərlər

Orphus sistemi