UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə yekun vurulub.
"Report"un məlumatına görə, ikinci oyun günündə keçirilmiş daha 3 cavab oyunundan sonra qrup mərhələsinə bütün vəsiqələrin sahibləri müəyyənləşib.
"Qarabağ"ı III raundda mübarizədən kənarlaşdıran Kipr APOEL-i səfərdə Hollandiya çempionu "Ayaks"a uduzub - 0:2. İlk görüş qolsuz yekunlaşdığı üçün "Ayaks" ÇL-in, APOEL isə Avropa Liqasının qrupuna yüksəlib.
Belçika “Brügge” kollektivi evdə Avstriyanın LASK komandasına, Çexiya "Slaviya"sı isə Rumıniya ÇFR-inə qalib gələrək, ÇL-in qrupuna çıxıb. LASK və ÇFR isə mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.
Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
23:00. “Brügge” (Belçika) – LASK (Avstriya) - 2:1
Qollar: Hans Vanaken, 70. Emmanuel Bonaventure, 89 - Klauss, 74 (penalti ilə)
Qırmızı vərəqə: Gernot Trauner, 81 (LASK)
İlk oyun - 1:0
23:00. “Slaviya” (Praqa, Çexiya) – ÇFR (Kluj, Rumıniya) - 1:0
Qol: Yan Boril, 66
İlk oyun - 1:0
23:00. “Ayaks” (Hollandiya) – APOEL (Kipr) - 2:0
Qollar: Edson Alvares, 43. Duşan Tadiç, 80
İlk oyun - 0:0