Çempionlar Liqası: "Qarabağ" - "Dinamo" matçının biletləri sabahdan satışa çıxarılacaq

Çempionlar Liqası: "Qarabağ" - "Dinamo" matçının biletləri sabahdan satışa çıxarılacaq UEFA Çempionlar Liqasının pley-off mərhələsinin“Qarabağ” - “Dinamo” (Zaqreb, Xorvatiya) oyununun biletləri sabah saat 12:00-dan etibarən satışa çıxarılacaq.
Futbol
21 Avqust , 2024 22:18
Çempionlar Liqası: Qarabağ - Dinamo matçının biletləri sabahdan satışa çıxarılacaq

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” - “Dinamo” (Zaqreb, Xorvatiya) oyununun biletləri sabah saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Klubdan "Report"a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Azarkeşlər qarşılaşma üçün biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, "Qarabağ" və "Dinamo" komandaları arasında cavab qarşılaşması avqustun 28-i, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Xorvatiyada baş tutan ilk matçda meydan sahibləri 3:0 hesablı qələbəyə sevinib.

Son xəbərlər

Orphus sistemi