Çempionlar Liqası: "Qalatasaray" "Brügge" ilə qarşılaşacaq - AFİŞA

Çempionlar Liqası: "Qalatasaray" "Brügge" ilə qarşılaşacaq - AFİŞA Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək.
Futbol
26 Noyabr , 2019 07:20
Çempionlar Liqası: Qalatasaray Brügge ilə qarşılaşacaq  - AFİŞA

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə A,B,C və D qruplarındakı komandalar qarşılaşacaq.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İstanbulda Belçikanın "Brügge" komandasını qəbul edəcək. Hər iki klub Avropa Liqasına vəsiqə üçün mübarizə aparır. "Sarı-qırmızılar" məğlub olsa, Avropa Liqasından da kənarda qalacaq. A qrupunun digər matçında İspaniya "Real Madrid"i Fransa PSJ-sini qəbul edəcək. "Brügge" bu tur qələbə qazana bilməsə, "Real Madrid" növbəti mərhələni oyuna çıxmadan təmin edəcək. Paris klubu isə İspaniyada məğlub olmasa, qrup liderliyini təmin edəcək.

B qrupunda "Srvena Zvezda" Serbiyada növbəti mərhələni təmin edən Almaniya "Bavariya"sı ilə üz-üzə gələcək. "Tottenhem" Joze Mourinyonun rəhbərliyi altında İngiltərədə Yunanıstan "Olimpiakos"unu məğlub edərək qrupun taleyinə aydınlıq gətirə bilər.

C qrupunda İngiltərənin digər təmsilçisi "Mançester Siti" Ukrayna "Şaxtyor"u (Donetsk) ilə qarşılaşacaq. İtaliya "Atalanta"sı isə Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasını qəbul edəcək. Donetsk və Zaqreb klublarının xalları bərabərdir və növbəti mərhələ üçün yaxşı nəticəyə ümid edəcəklər. 

İtaliyanın "Yuventus" klubu D qrupunda İspaniya "Atletiko"sunu qəbul edəcək. Digər oyunda isə Rusiya "Lokomotiv"i Moskvada "Bayer"lə (Leverkuzen, Almaniya) qarşılaşacaq. Bu qrupda yalnız Turin təmsilçisi 1/8 finala vəsiqə qazanıb. Digər vəsiqənin sahibi isə bu matçlardan sonra bəlli ola bilər.

Çempionlar Liqası

V tur

26 noyabr

A qrupu

21:55. "Qalatasaray" (Türkiyə) - "Brügge" (Belçika)

24:00. "Real Madrid" (İspaniya) - PSJ (Fransa)

Xal durumu: PSJ – 12, "Real Madrid" - 7, "Brügge" - 2, "Qalatasaray" - 1.

B qrupu

24:00. "Srvena Zvezda" (Serbiya) - "Bavariya" (Almaniya)

24:00. "Tottenhem" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan)

Xal durumu: "Bavariya" - 12, "Tottenhem" - 7, "Srvena Zvezda" - 3, "Olimpiakos" - 1.

C qrupu

24:00. "Mançester Siti" (İngiltərə) - "Şaxtyor" (Donetsk, Ukrayna)

24:00. "Atalanta" (İtaliya) - "Dinamo" (Zaqreb, Xorvatiya)

Xal durumu: "Mançester Siti" - 10, "Şaxtyor" - 5, "Dinamo" - 5, "Atalanta" - 1.

D qrupu

21:55. "Lokomotiv" (Moskva, Rusiya) - "Bayer" (Leverkuzen, Almaniya)

24:00. "Yuventus" (İtaliya) - "Atletiko" (Madrid, İspaniya)

Xal durumu: "Yuventus" - 10, "Atletiko" - 7, "Bayer" - 3, "Lokomotiv" - 3.

Son xəbərlər

Orphus sistemi