Çempionlar Liqası: Mövqelər üzrə ən yaxşılar bəlli olub

Çempionlar Liqası: Mövqelər üzrə ən yaxşılar bəlli olub UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün ən yaxşı qapıçısı açıqlanıb.
Futbol
746
26 Avqust , 2021 21:05
Çempionlar Liqası: Mövqelər üzrə ən yaxşılar bəlli olub

UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün ən yaxşı hücumçuları açıqlanıb.

"Report"un məlumatına görə, kişi oyunçular arasında bu ada Almaniyanın "Borussiya" (Dortmund) komandasından Erlinq Holann layiq görülüb.

Qadınlardan isə İspaniya "Barselona"sında çıxış edən Jenni Hermoso layiq görülüb.

20:56

UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün ən yaxşı yarımmüdafiəçisi açıqlanıb.

"Report"un məlumatına görə, kişi oyunçular arasında bu ada İngiltərənin "Çelsi" klubundan N Qolo Kante layiq görülüb.

Qadınlardan isə sözügedən mükafata İspaniya "Barselona"sından Alexie Putellas sahib çıxıb.

20:46

UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün ən yaxşı müdafiəçiləri açıqlanıb.

"Report"un məlumatına görə, kişi oyunçular arasında bu ada İngiltərənin "Mançester Siti" klubundan Ruben Diaş layiq görülüb.

Qadınlardan isə sözügedən mükafata Fransa PSJ-sindən İrene Paredes sahib çıxıb.

20:34

UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün ən yaxşı qapıçıları açıqlanıb.

"Report" xəbər verir ki, kişi oyunçular arasında bu ada İngiltərənin "Çelsi" klubunun qolkiperi Eduar Mendi layiq görülüb.

Qadınlardan isə sözügedən mükafata İspaniya "Barselona"sının qapıçısı Sandra Panyos sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi