Çempionlar Liqası: "Mançester Yunayted" və "Çelsi" pley-offa vəsiqəni təmin edib

Çempionlar Liqası: "Mançester Yunayted" və "Çelsi" pley-offa vəsiqəni təmin edib UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.
Futbol
24 Noyabr , 2021 01:53
Çempionlar Liqası: Mançester Yunayted və Çelsi pley-offa vəsiqəni təmin edib

UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun növbəti 6 oyunu keçirilib.

"Report"un məlumatına görə, bununla da pley-offa vəsiqə qazanan daha bir komanda müəyyənləşib.

E qrupunda "Barselona" İspaniyada Portuqaliyanın "Benfika" klubunu qəbul edib. Görüş qolsuz başa çatıb. Komandalar 1/8 final şanslarını son tura saxlayıblar. Bu nəticə ilə həm də Ukraynanın "Dinamo" (Kiyev) komandasının sonuncu pillədə qalacağı dəqiqləşib.

F qrupunda İtaliya "Atalanta"sı İsveçrədə "Yanq Boyz"u sınağa çəkib. Qarşılaşmada qalib müəyyənləşməyib.

G qrupunda Avstriya "Zaltsburq"u Fransada "Lill"ə uduzaraq, liderliyi əldən verib. İspaniya "Sevilya"sı isə evdə Almaniya "Volfsburq"una qalib gəlib.

H qrupunda İtaliya "Yuventus"undan sonra İngiltərənin "Çelsi" komandası da pley-offa vəsiqəni təmin edib. "Zadəganlar" buna evdə Turin təmsilçisini darmadağın etməklə nail olublar. Qrupun digər oyununda Rusiya "Zenit"i İsveçdə "Malmö" ilə heç-heçə edib. Bu nəticədən sonra Sankt-Peterburq təmsilçisi Çempionlar Liqasında mübarizəni dayandırsa da, 3-cü yerin sahibi kimi Avropa Liqasının pley-offunda oynamaq hüququ qazanıb.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, V tur

E qrupu

00:00. "Barselona" (İspaniya) - "Benfika" (Portuqaliya) - 0:0

21:45. "Dinamo" (Kiyev, Ukrayna) - "Bavariya" (Almaniya) - 1:2

Qollar: Denis Qarmaş, 70 - Robert Levandovski, 14. Kinqsli Koman, 42

Xal durumu: "Bavariya" - 15, "Barselona" - 7, "Benfika" - 5, "Dinamo" - 1.

F qrupu

00:00. "Yanq Boyz" (İsveçrə) - "Atalanta" (İtaliya) - 3:3

Qollar: Cordan Sibaço, 39. Vensan Syerro, 80. Silvan Hefti, 84 - Duvan Sapata, 10. Xose Luis Palomino, 51. Luis Muryel, 88

21:45. "Vilyarreal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 0:2

Qollar: Kriştianu Ronaldu, 78. Ceydon Sanço, 90

Xal durumu: "Mançester Yunayted" - 10, "Vilyarreal" - 7, "Atalanta" - 6, "Yanq Boyz" - 4.

G qrupu

00:00. "Lill" (Fransa) - "Zaltsburq" (Avstriya) - 1:0

Qol: Conatan Devid, 31

00:00. "Sevilya" (İspaniya) - "Volfsburq" (Almaniya) - 2:0

Qollar: Xoan Xordan Moreno, 13. Rafael Mir Visente, 90+7

Xal durumu: "Lill" - 8, "Zaltsburq" - 7, "Sevilya" - 6. "Volfsburq" - 5.

H qrupu

00:00. "Malmö" (İsveç) - "Zenit" (Rusiya) - 1:1

Qollar: Sören Riks, 28 - Yaroslav Rakitski, 90+2 (pen.)

Qırmızı vərəqə: Dmitri Çistyakov, 86 ("Zenit")

İstifadə olunmamış penalti: Artyom Dzyuba, 52 ("Zenit")

00:00. "Çelsi" (İngiltərə) - "Yuventus" (İtaliya) - 4:0

Qollar: Trevo Çaloba, 25. Ris Ceyms, 56. Kallum Hadson-Odoi, 58. Timo Verner, 90+5

Xal durumu: "Çelsi" - 12, "Yuventus" - 12, "Zenit" - 4, "Malmö" - 1.

23:43

UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.

"Report"un məlumatına görə, ilk oyun gününə nəzərdə tutulan 8 qarşılaşmadan ikisi artıq başa çatıb.

E qrupunda Kiyev "Dinamo"su Ukraynada pley-offa vəsiqəni ötən tur təmin etmiş Almaniya "Bavariya"sını qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb. Qrupun digər matçında Portuqaliya "Benfika"sı İspaniyada "Barselona"nın qonağı olacaq. Lissabon təmsilçisi səfərdə uduzmasa, "Dinamo" avrokuboklarda mübarizəni dayandıracaq.

F qrupunda İngiltərə "Mançester Yunayted"i İspaniyada "Vilyarreal"la qarşılaşıb. Almaniyalı FIFA referisi Feliks Brixin başçılıq etdiyi hakimlər briqadasının əlaqə sistemindəki texniki nasazlığa görə 8 dəqiqə gec başlayan oyunda "qırmızı şeytanlar" 2:0 hesablı qələbə qazanıb. Qolları 78-ci dəqiqədə Kriştianu Ronaldu və 90-cı dəqiqədə Ceydon Sanço vurub. Bu qələbədən sonra xallarını 10-a çatdıran Mançester təmsilçisi sona bir tur qalmış pley-offa vəsiqəni təmin edib. Bu qrupun digər qarşılaşmasında İtaliya "Atalanta"sı İsveçrədə "Yanq Boyz"u sınağa çəkəcək

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, V tur

23 noyabr

E qrupu

21:45. "Dinamo" (Kiyev, Ukrayna) - "Bavariya" (Almaniya) - 1:2

Qollar: Denis Qarmaş, 70 - Robert Levandovski, 14. Kinqsli Koman, 42

00:00. "Barselona" (İspaniya) - "Benfika" (Portuqaliya)

Xal durumu: "Bavariya" - 15 (5 oyuna), "Barselona" - 6, "Benfika" - 4, "Dinamo" - 1 (5).

F qrupu

21:45. "Vilyarreal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 0:2

Qollar: Kriştianu Ronaldu, 78. Ceydon Sanço, 90

00:00. "Yanq Boyz" (İsveçrə) - "Atalanta" (İtaliya)

Xal durumu: "Mançester Yunayted" - 10 (5 oyuna), "Vilyarreal" - 7 (5), "Atalanta" - 5, "Yanq Boyz" - 3.

Qeyd edək ki, daha əvvəl Almaniyanın "Bavariya", İtaliyanın "Yuventus", İngiltərənin "Liverpul" və Niderlandın "Ayaks" klubları 1/8 finala yüksəlib.

Son xəbərlər

Orphus sistemi