UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.
"Report" xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. "Krasnodar" I təsnifat mərhələsində Türkiyə "Beşiktaş"ını üstələmiş Yunanıstan PAOK-una Rusiyada, Avstriya "Zaltsburq"u isə "Makkabi"yə İsrailin paytaxtı Təl-Əvivdə eyni hesabla qalib gəlib - 2:1. Çexiyanın paytaxtı Praqada "Slaviya" ilə Danimarka "Midtüllann"ı arasındakı matçda isə hesab açılmayıb - 0:0.
Təsnifat mərhələlərindən fərqli olaraq, bu raundun qalibləri iki oyunun nəticələrinə əsasən müəyyənləşir. Cavab görüşləri sentyabrın 30-da keçiriləcək.
22 sentyabr
Çempionlar Liqası
Pley-off, ilk oyunlar
23:00. “Krasnodar” (Rusiya) – PAOK (Yunanıstan) - 2:1
Qollar: Viktor Klasson, 39 (pen.). Remi Kabella, 70 - Dimitris Pelkas, 32
23:00. “Makkabi” (Təl-Əviv, İsrail) - “Zaltsburq” (Avstriya) - 1:2
Qollar: Dan Biton, 9 - Dominik Soboslai, 49 (pen.). Masaya Okuqava, 57
23:00. “Slaviya” (Praqa, Çexiya) - “Midtüllann” (Danimarka) - 0:0
Qeyd edək ki, pley off mərhələsinin digər 3 qarşılaşması bu gün olacaq.