UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunmuş mərasimdə cütlərin tərkibi müəyyənləşib.
31 avqust
Püşkatma mərasimi
Çempionlar Liqası, III təsnifat mərhələsi
Çempionlar Yolu
“Ferentsvaroş” (Macarıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya)
“QARABAĞ” (AZƏRBAYCAN) - “Mölde” (Norveç)
“Omoniya” (Kipr) - “Srvena Zvezda” (Serbiya)
“Midtüllann” (Danimarka) - “Yanq Boyz” (İsveçrə)
“Makkabi” (Təl-Əviv, İsrail) - “Dinamo” (Brest, Belarus)
Liqa Yolu
PAOK (Yunanıstan) - “Benfika” (Portuqaliya)
“Dinamo” (Kiyev, Ukrayna) - AZ (Alkmaar, Niderland)
“Gent” (Belçika) - “Rapid” (Vyana, Avstriya)
Qeyd edək ki, oyunlar 15-16 sentyabrda adları birinci göstərilən komandaların meydanlarında keçiriləcək.