Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Futbol
30 Sentyabr , 2021 09:02
Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, qrup mərhələsinin II turunun oyunlarından sonra bu ada Portuqaliya "Benfika"sından Darvin Nunyes, Almaniya "Bavariya"sından Leroy Sane, İtaliya "İnter"indən Milan Şkrinyar və Moldova "Şerif"inin qapıçısı Yorqos Atanasiadis iddia edir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.

Son xəbərlər

Orphus sistemi