Çempionlar Liqası: "Fənərbağça" Ukrayna klubu ilə qarşılaşacaq

Çempionlar Liqası: "Fənərbağça" Ukrayna klubu ilə qarşılaşacaq Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.
Futbol
27 İyul , 2022 07:45
Çempionlar Liqası: Fənərbağça Ukrayna klubu ilə qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulacaq.

"Report"un məlumatına görə, növbəti oyun günün daha 6 cavab qarşılaşması keçiriləcək.

Azərbaycan çempionu "Qarabağ" İsveçrədə "Sürix"in qonağı olacaq. "Köhlən atlar" Bakıdakı ilk görüşdə qələbə qazanıb - 3:2.

"Qarabağ"ın III təsnifat mərhələsindəki potensial rəqiblərindən "Ferentsvaroş" Macarıstanda Slovakiyanın "Slovan" (Bratislava) kollektivi ilə üz-üzə gələcək. İlk oyunda Bratislava təmsilçisi qalib gəlib - 2:1.

"Fənərbağça" Türkiyədə Ukraynanın "Dinamo" (Kiyev) klubunu sınağa çəkəcək. Komandanlar arasındakı ilk qarşılaşmada hesab açılmayıb.

27 iyul

Çempionlar Liqası

II təsnifat mərhələsi

Cavab oyunları

20:00. "Budyo Qlimt" (Norveç) - "Linfild" (Şimali İrlandiya)

İlk oyun - 0:1

21:00. "Sürix" (İsveçrə) - "Qarabağ" (Azərbaycan)

İlk oyun - 2:3.

21:00. "Malmö" (İsveç) - "Jalgiris" (Litva)

İlk oyun - 0:1.

21:00. "Fənərbağça" (Türkiyə) - "Dinamo" (Kiyev, Ukrayna)

İlk oyun - 0:0.

22:30. "Slovan" (Bratislava, Slovakiya) - "Ferentsvaroş" (Macarıstan)

İlk oyun - 2:1.

23:00. "Olimpiakos" (Yunanıstan) - "Makkabi" (Hayfa, İsrail)

İlk oyun - 1:1.

Son xəbərlər

Orphus sistemi