Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub.
"Report"un məlumatına görə, bununla da pley-offa yüksələn daha 5 komandanın adına aydınlıq gəlib.
"Omoniya" (Kipr), "Ferentsvaroş" (Macarıstan), "Makkabi" (Təl-Əviv, İsrail), "Molde" (Norveç) və "Midtüllan" (Danimarka) klubları rəqiblərinı qalib gələrək, növbəti raunda vəsiqə qazanıblar.
16 sentyabr
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi
19:00. "Omoniya" (Kipr) - "Srvena Zvezda" (Serbiya) - 1:1 (PENALTİLƏRLƏ - 4:2)
Qollar: Mixael Lüftner, 31 - Mirko İvaniç, 45+1
21:00. "Ferentsvaroş" (Macarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 2:1
Qollar: Gergö Lovrençiç, 2, Mürto Uzuni, 65 - Amer Qoyak, 23
21:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Dinamo" (Brest, Belarus) - 1:0
Qol: Dan Biton, 50 (pen.)
21:00. "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç) - 0:0 (ƏLAVƏ VAXT - 0:0, PENALTİLƏRLƏ - 5:6)
22:30. “Midtüllann” (Danimarka) - “Yanq Boyz” (İsveçrə) - 3:0
Qollar: Fabian Lustenberger, 51 (avtoqol), Anders Dreyer, 62, Aver Mabil, 84
Qeyd edək ki, bu raundun ilk matçları 22-23 sentyabrda, cavab qarşılaşmaları isə 29-30 sentyabrda oynanılacaq.
Pley-off mərhələsinin cütlükləri
Çempionlar Yolu
“Slaviya” (Praqa, Çexiya) - “Midtüllann” (Danimarka)
“Makkabi” (Təl-Əviv, İsrail) - “Zaltsburq” (Avstriya)
“Olimpiakos” (Yunanıstan) - “Omoniya” (Kipr)
“Molde” (Norveç) - “Ferentsvaroş” (Macarıstan)
Liqa Yolu
“Krasnodar” (Rusiya) - PAOK (Yunanıstan)
“Gent” (Belçika) - “Dinamo” (Kiyev, Ukrayna)