Çempionlar Liqası: Daha 2 komanda 1/8 finala vəsiqə qazanıb

Çempionlar Liqası: Daha 2 komanda 1/8 finala vəsiqə qazanıb Daha iki klub 1/8 finala vəsiqəni vaxtından əvvəl təmin edib
Futbol
23 Noyabr , 2017 02:22
Çempionlar Liqası: Daha 2 komanda 1/8 finala vəsiqə qazanıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Daha 4 qrupda keçiriləcək 8 görüşlə Çempionlar Liqasının V turuna yekun vurulub.

"Report"un məlumatına görə, ikinci oyun günündə daha iki klub 1/8 finala vəsiqəni vaxtından əvvəl təmin edib. Bunlardan biri "Qarabağ"ı Bakıda 4:0 hesabı ilə yenən İngiltərə təmsilçisi "Çelsi"dir. Hazırda bu komanda C qrupuna 10 xalla başçılıq edir.

Digər komanda isə İtaliyada "Yuventus"la görüşdə qolsuz heç-heçə edən İspaniya "Barselona"sıdır. Bu nəticə Kataloniya klubunu vaxtından əvvəl 1/8 final mərhələsinə yüksəlib. "Yuventus" isə şanslarını son tura saxlayıb.

Beləliklə, Çempionlar Liqasında 1/8 finala yüksələn komandaların yarısı müəyyənləşib. "Çelsi" və "Barselona"dan əlavə, Fransanın PSJ, Almaniyanın "Bavariya", Türkiyənin "Beşiktaş", İspaniyanın "Real Madrid", İngiltərənin "Mançester Siti" və "Tottenhem" klubları bu hüquqa yiyələnib. "Qarabağ"dan əlavə, Portuqaliyanın "Benfika", Yunanıstanın "Olimpiakos", Sloveniyanın "Maribor", Hollandiyanın "Feyenoord" və Fransanın "Monako" komandaları isə qrupda qalıblar.

A qrupu

21:00. MOİK (Moskva, Rusiya) - "Benfika" (Portuqaliya) - 2:0

Qollar: Georgi Şennikov, 13, Jardel, 56-öz qapısına

23:45. "Bazel" (İsveçrə) - "Mançester Yunayted" (İngiltərə) - 1:0

Qol: Miçel Lanq, 89

Xal durumu: "Mançester Yunayted" - 12, "Bazel" - 9, MOİK - 9, "Benfika" - 0.

B qrupu

23:45. PSJ (Fransa) - "Seltik" (Şotlandiya) - 7:1

Qollar: Neymar, 9; 22. Edinson Kavani, 28; 79. Kilian Mbappe, 35. Marko Verratti, 75. Daniel Alveş, 81 - Mussa Dembele, 2

23:45. "Anderlext" (Belçika) - "Bavariya" (Almaniya) - 1:2

Qollar: Sofyan Anni, 63 - Robert Levandovski, 51. Korenten Tolisso, 77

Xal durumu: PSJ - 15, "Bavariya" - 12, "Seltik" - 3, "Anderlext" - 0.

C qrupu

21:00. "Qarabağ" (Azərbaycan) - "Çelsi" (İngiltərə) - 0:4

Qollar: Eden Azar, 21-penalti ilə. Villian, 36; 85. Sesk Fabreqas, 73-penalti ilə

23:45. "Atletiko" (İspaniya) - "Roma" (İtaliya) - 2:0

Qollar: Antuan Qrizman, 69. Kevin Qameyro, 85

Xal durumu: "Çelsi" - 10, "Roma" - 8, "Atletiko" - 6, "Qarabağ" - 2.

D qrupu

23:45. "Yuventus" (İtaliya) - "Barselona" (İspaniya) - 0:0

23:45. "Sportinq" (Portuqaliya) - "Olimpiakos" (Yunanıstan) 3:1

Qollar: Bas Dost, 40; 66. Bruno Sezar, 43 - Vadis Ocica-Ofoe, 86

Xal durumu: "Barselona" - 11, "Yuventus" - 8, "Sportinq" - 7, "Olimpiakos" - 1.

Son xəbərlər

Orphus sistemi