Çempionlar Liqası: Bu gün I təsnifat mərhələsinin oyunları keçiriləcək

Çempionlar Liqası: Bu gün I təsnifat mərhələsinin oyunları keçiriləcək Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək.
Futbol
18 Avqust , 2020 07:40
Çempionlar Liqası: Bu gün I təsnifat mərhələsinin oyunları keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start veriləcək. 

"Report"un məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma keçiriləcək. Azərbaycan çempionu "Qarabağ" Bakıda Şimali Makedoniyanın "Sileks" klubu ilə üz-üzə gələcək. 

Matçlardan sonra növbəti mərhələyə yüksələn komandalar bəlli olacaq. Təsnifat mərhələləri bir oyundan ibarət olduğu üçün qaliblər II raunda vəsiqə əldə edəcəklər. Məğlub komandalar isə mübarizəni Avropa Liqasında davam etdirəcək. 

18 avqust

Çempionlar Liqası

I təsnifat mərhələsi

20:00. “Qarabağ” (Azərbaycan) - “Sileks” (Şimali Makedoniya)
21:00. “Legiya” (Polşa) – “Linfild” (Şimali İrlandiya)
22:00. “Dinamo” (Brest, Belarus) - “Astana” (Qazaxıstan)
22:45. “Seltik” (Şotlandiya) – “Reykyavik” (İslandiya)
23:00. “Srvena Zvezda” (Serbiya) - “Europa” (Cəbəllütariq)

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin digər matçları avqustun 19-da da olacaq.

Son xəbərlər

Orphus sistemi