Çempionlar Liqası: Azərbaycan təmsilçisi əsas mərhələdə mübarizəyə başlayır

Çempionlar Liqası: Azərbaycan təmsilçisi əsas mərhələdə mübarizəyə başlayır "Araz-Naxçıvan" klubu bu gün futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayacaq.
Futbol
28 Oktyabr , 2021 07:30
Çempionlar Liqası: Azərbaycan təmsilçisi əsas mərhələdə mübarizəyə başlayır

"Araz-Naxçıvan" klubu bu gün futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, B yolunda yer alan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 6-cı qrupdakı ilk sınağında Ukraynanın "Uraqan" komandası ilə üz-üzə gələcək. İvano-Frankivski şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü Şimali Makedoniyadan olan referi Yosip Barton idarə edəcək.

Oyun öncəsi Azərbaycan çempionunun heyətində 3 itki var. Rizvan Fərzəliyev və İsaq Suğalı zədə, Xətai Bağırov cəza səbəbindən oynamayacaq. Zədəsini yenicə sağaltmış Ramiz Çovdarovun isə meydana çıxıb-çıxmayacağı sual altındadır.

Bu qrupun digər görüşündə Kosovonun "Ligeni" və Rumıniyanın "Yunayted Qalati" klubları qarşılaşacaqlar. Həmin oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Çempionlar Liqası, əsas mərhələ

B yolu

6-cı qrup

20:00. "Uraqan" (Ukrayna) - "Araz-Naxçıvan" (Azərbaycan)

Baş hakim: Yosip Barton (Şimali Makedoniya)

İvano-Frankivski, Peşəkar Bədən Tərbiyə Kollecinin zalı.

Qeyd edək ki, 6-cı qrupun oyunları Ukraynada keçirilir.

Son xəbərlər

Orphus sistemi