Çempionlar Liqası: 2024/2025 mövsümünün Liqa mərhələsinin püşkü atılıb

Çempionlar Liqası: 2024/2025 mövsümünün Liqa mərhələsinin püşkü atılıb Bu gün UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün Liqa mərhələsinin püşkü atılıb.
Futbol
29 Avqust , 2024 21:29
Çempionlar Liqası: 2024/2025 mövsümünün Liqa mərhələsinin püşkü atılıb

Bu gün UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün Liqa mərhələsinin püşkü atılıb.

“Report” xəbər verir ki, Fransanın Monako şəhərində baş tutan tədbirdən sonra bir-biri ilə üz-üzə gələcək komandalar müəyyənləşib.

4 səbətdə yer alan komandaların rəqiblərini təqdim edirik:

I səbətdə yer alan komandaların rəqibləri.

II səbətdə yer alan komandaların rəqibləri.

III səbətdə yer alan komandaların rəqibləri.

IV səbətdə yer alan komandaların rəqibləri.

Yeni mövsümündən etibarən 36 komandalı formatda keçiriləcək yarışda ilk oyunlara sentyabrın 17-19-da start veriləcək. Liqa mərhələsinin son matçları isə 2025-ci il yanvarın 29-da olacaq.

Liqa mərhələsinin pley-offunda qarşılaşacaq cütlüklər 2025-ci il yanvarın 31-də keçiriləcək püşkatmada müəyyənləşəcək. Mərhələnin ilk oyunları fevralın 11-12-də, cavab görüşləri isə 18-19-da baş tutacaq.

1/8, 1/4 və yarımfinalın püşkü isə 2025-ci il fevralın 21-də atılacaq.

Qeyd edək ki, Çempionlar Liqasının 2023/2024 mövsümünün qalibi İspaniyanın "Real" klubu olub.

Son xəbərlər

Orphus sistemi