Çempionlar Liqası: 19 yaşlı futbolçu yeni rekorda imza atıb

Çempionlar Liqası: 19 yaşlı futbolçu yeni rekorda imza atıb Çərşənbə axşamı futbol üzrə Çempionlar Liqasının 2019/20-ci illər mövsümünə start verilib.
Futbol
18 Sentyabr , 2019 03:56
Çempionlar Liqası: 19 yaşlı futbolçu yeni rekorda imza atıb

Çərşənbə axşamı futbol üzrə Çempionlar Liqasının 2019/20-ci illər mövsümünə start verilib.

“Report” xəbər verir ki, ilk turun ən böyükhesablı qələbəsi "E" qrupunda qeydə alınıb.

Öz meydanında "Genk"i (Belçika) qəbul edən "Red Bull Zalsburq" (Avstriya) rəqib qapısından 6 top keçirib. Qonaqlar bu qollardan yalnız ikisinin əvəzini çıxa biliblər.

Ev sahiblərinin qollarından üçünü norveçli Erlinq Holann vurub.

Artıq ikinci dəqiqədə 19 yaşlı hücumçu 13 metrdən hesabı açıb. Ardınca 34-cü dəqiqədə forvard qapıçı ilə təkbətək qalıb və eyni məsafədən qapıya dəqiq zərbə endirib. 45-ci dəqiqədə Holann topu bir toxunuşla sol cinahdan tora göndərib.

Bununla da o, Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. Norveçliyə qədər heç kim ÇL matçının birinci yarısında üç qol vurmağı bacarmayıb. İndi Erlinq Çempionlar Liqası matçının ilk yarısında het-trik edən ən gənc futbolçudur (19 yaş, 58 gün). Rekordun əvvəlki müəllifi Andrey Şevçenko idi.

Çempionlar Liqası. I tur

"Red Bull Zalsburq" (Avstriya) - "Genk" (Belçika) - 6:2

Qollar: 1:0 Holann – 2' 2:0 Holann – 34' 3:0 Çan – 36' 3:1 Lukumi – 40' 4:1 Holann – 45' 5:1 Soboslai – 45+2' 5:2 Samata – 52' 6:2 Ulmer – 66'

Üç ay əvvəl "Transfermarkt" norveçlini 5 milyon avro dəyərində qiymətləndirirdi. İndi onun qiyməti 12 milyon avrodur. Holann "Red Bull Zalsburq"un ən bahalı futbolçusudur.

Erlinq Holann vaxtilə "Lids" və "Mançester Siti"də oynamış Alf İnqe Holannın oğludur.

O, bu il Norveç komandasında da debüt edib (2 oyun, 0 qol). May ayında hücumçu Gənclərin Dünya Çempionatında (U-20) Hondurasa 9 qol vurub.

Son xəbərlər

Orphus sistemi