Bu gün UEFA Çempionlar Liqasında 1/8 mərhələsinin növbəti oyunları keçiriləcək.
"Report"un məlumatına görə, ikinci oyun günündə də iki matç baş tutacaq. İtaliyanın "Atalanta" komandası İspaniyanın "Valensiya" komandasını qəbul edəcək. Meydan sahiblərinin heyətində itki yoxdur. "Yarasalar"da isə müdafiəçi Kristiano Piççini və yarımmüdafiəçi Manu Vellexo zədəlidir. Qapıçı Yasper Sillessen, yarımmüdafiəçi Denis Çerışev və hücumçu Kevin Qameyronun matçda iştirakı sual altındadır.
Günün digər qarşılaşmasında "Tottenhem" İngiltərədə Almaniya "Leyptsiq"ini qəbul edəcək. London klubunda yarımmüdafiəçi Mussa Sissoko və hücumçu Harri Keynin zədə səbəbindən oyunu buraxacağı dəqiqdir. Qonaqlarda isə itkilər daha çoxdur. Müdafiəçilər Villi Orban ilə İbrahim Konate, yarımmüdafiəçilər Teyler Adams ilə Kevin Kampl zədəli olduqları üçün qarşılaşmada iştirak etməyəcəklər.
Çempionlar Liqası, 1/8 final mərhələsi
24:00. "Atalanta" (İtaliya) - "Valensiya" (İspaniya)
Baş hakim: Maykl Oliver (İngiltərə)
"San Siro" stadionu
24:00. "Tottenhem" (İngiltərə) - "Leyptsiq" (Almaniya)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
"Tottenhem" stadionu