İngiltərə Premyer Liqası: “Çelsi” “Mançester Siti”yə qalib gəlib

Futbol
  • 25 iyun, 2020
  • 21:10
İngiltərə Premyer Liqası: “Çelsi” “Mançester Siti”yə qalib gəlib

İngiltərə Premyer Liqasının 31-ci turunun matçında "Mançester Siti" "Çelsi"yə 1:2 hesabı ilə məğlub olub.

“Report” xəbər verir ki, görüş Londonun "Stemford Bric" stadionunda keçirilib.

Matçda hesab 36-cı dəqiqədə açılıb. Meydan sahiblərinin yarımmüdafiəçisi Kristian Pulişiç fərqlənib.

Qarşılaşmanın 55-ci dəqiqəsində Kevin De Bryoyne cərimə zərbəsini mükəmməl yerinə yetirərək "Çelsi" azarkeşlərini məyus edib.

İkinci hissənin ortalarında "şəhərlilər" azlıqda qalıblar: Fernandino əllə oyuna görə meydandan qovulub, hakim penaltini təyin edib. Villian 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib və London klubunu hesabda irəli çıxarıb.

İngiltərə Premyer Liqasının 32-ci turunda "Mançester Siti"ni "Liverpul"la gərgin qarşılaşma gözləyir, "Çelsi" səfərdə "Vest Hem Yunayted"lə üz-üzə gələcək. 

Son xəbərlər

Bütün Xəbər Lenti