"Çelsi" Bakıdakı finaldan sonra kubok sayında "Mançester Yunayted"ə çatıb

"Çelsi" Bakıdakı finaldan sonra kubok sayında "Mançester Yunayted"ə çatıb Bakıda Avropa Liqasının qalibi olan İngiltərənin Çelsi komandası ölkəsinin digər təmsilçisi Mançester Yunaytedin uğurunu təkrarlayıb.
Futbol
31 May , 2019 14:49
Çelsi Bakıdakı finaldan sonra kubok sayında Mançester Yunaytedə çatıb

Bakıda Avropa Liqasının qalibi olan İngiltərənin "Çelsi" komandası ölkəsinin digər təmsilçisi "Mançester Yunayted"in uğurunu təkrarlayıb.

"Report" xəbər verir ki, London təmsilçisi 2008-ci ildən sonra avrokubokda məğlubiyyətsiz çempion olan ilk komanda olub.

Mauritsio Sarrinin rəhbərlik etdiyi kollektiv Avropa Liqasında 15 oyunun 12-də qələbə qazanıb və 3 dəfə heç-heçə edib. Son olaraq "Mançester Yunayted" 2007/2008 mövsümündə məğlub olmadan Çempionlar Liqasının qalibi olub.

"Çelsi" həmçinin Avropada qazandığı kubok sayına görə də "Mançester Yunayted"də çatıb. "Zadəganlar" iki dəfə Avropa Liqasının və eyni sayda Kuboklar Kubokunun qalibi olub. Komanda həmçinin Çempionlar Liqasını və UEFA Super Kubokunu qazanıb.

"Mançester Yunayted" isə üç dəfə Çempionlar Liqası, eyni zamanda Kuboklar Kuboku, Avropa Liqası və UEFA Super Kubokuna sahib olub.

"Çelsi" yeni mövsümün əvvəlində UEFA Super Kubokunu qazanacağı təqdirdə avrokuboklarda ən çox titul qazanan ikinci İngiltərə təmsilçisi olacaq. Ölkənin Avropada ən titullu komandası isə 11 kubokla "Liverpul"dur.

Qeyd edək ki, "Çelsi" Bakı Olimpiya Stadionundakı həlledici matçda "Arsenal"ı 4:1 hesabı ilə məğlub edib. 

Son xəbərlər

Orphus sistemi