İngiltərə Premyer Liqası: "Çelsi" "Stok Siti"yə böyük hesabla qalib gəlib - VİDEO

Futbol
  • 23 sentyabr, 2017
  • 17:24
İngiltərə Premyer Liqası: Çelsi Stok Sitiyə böyük hesabla qalib gəlib - VİDEO

Bakı. 23 sentyabr. REPORT.AZ/ "Çelsi" klubu İngiltərə Premyer Liqasında VI turun oyununu keçirib.

"Report"un məlumatına görə, "zadəganlar" "Stok Siti"nin qonağı olub.

Stok-on-Trentedəki "Britannia" stadionunda təşkil olunmuş qarşılaşma "Çelsi"nin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Qolların 3-ü yeni transfer Alvaro Morata vurub. O, 2-ci, 77-ci və 82-ci dəqiqələrdə fərqlənib. Daha bir qola isə 30-cu dəqiqədə isə Pedro Rodriges imza atıb.

Bu qələbə sayəsində xallarını 13-ə çatdıran "Çelsi" 3-cü pillədə qərarlaşıb. "Stok Siti" isə 5 xalla 15-cidir.