"Çelsi" İngiltərə Premyer Liqasında ikinci pilləyə yüksəlib - VİDEO
- 18 noyabr, 2017
- 17:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 18 noyabr. REPORT.AZ/ "Çelsi" klubu İngiltərə Premyer Liqasında XII turun oyununu keçirib.
"Report"un məlumatına görə, "zadəganlar" səfərdə "Vest Bromviç"lə üz-üzə gəlib.
Görüş qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Hesabı 17-ci dəqiqədə Alvaro Morata açıb. Bundan 6 dəqiqə sonra Eden Azar fərqi artırıb. 38-ci dəqiqədə Markos Alonso üçüncü qolu vurub. 63-cü dəqiqədə isə Azar "dubl" edərək, yekun nəticəni müəyyənləşdirib.
Bununla da xallarını 25-ə çatdıran "Çelsi" 2-ci pilləyə yüksəlib. 10 xala malik "Vest Bromviç" isə 17-ci pilləyə enib.
"Çelsi" növbəti oyununu noyabrın 22-də Bakıda "Qarabağ"a qarşı keçirəcək. Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma saat 21:00-da başlanacaq.