İngiltərənin "Çelsi" klubu futbolçusu Baba Rahmanla müqavilənin müddətini uzadıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçinin yeni sözləşməsi 2022-ci ilə qədər nəzərdə tutulub.
London təmsilçisi müqaviləni yenilədikdən dərhal sonra qanalı oyunçunu icarəyə verib. Baba Rahman bir mövsüm İspaniyanın "Malyorka" kollektivinin formasını geyinəcək.
Qeyd edək ki, Baba Rahman 2015-ci ildə "Çelsi"yə keçib. O, bu vaxta qədər Almaniyanın "Şalke" və Fransanın "Reyms" klublarına icarəyə verilib.