"Çelsi" 5 futbolçu ilə vidalaşıb, İquain "Yuventus"a dönüb

"Çelsi" 5 futbolçu ilə vidalaşıb, İquain "Yuventus"a dönüb İngiltərənin Çelsi klubu 5 futbolçu ilə yollarını ayırdığını açıqlayıb.
Futbol
1 İyul , 2019 13:07
Çelsi 5 futbolçu ilə vidalaşıb, İquain Yuventusa dönüb

İngiltərənin "Çelsi" klubu 5 futbolçu ilə yollarını ayırdığını açıqlayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, bunlar qapıçılar Robert Qrin ilə Eduardu Karvalyu, müdafiəçi Qari Kehil, yarımmüdafiəçi Kayl Skott və hücumçu Qonzalo İquaindir.

İquaindən başqa digər 4 oyunçunun London təmsilçisi ilə sözləşməsi başa çatıb. Argentinalı forvadın isə icarə müddəti bitib. "Çelsi" onunla yeni saziş bağlamayıb və İquain müqavilə ilə məxsus olduğu İtaliyanın "Yuventus" klubuna qayıdıb. 

Son xəbərlər

Orphus sistemi