Cavid Hüseynov: "Final görüşlərinin atmosferi tam fərqli olur"

Futbol
  • 29 aprel, 2018
  • 13:09
Cavid Hüseynov: Final görüşlərinin atmosferi tam fərqli olur
Report

Qəbələ. 29 aprel. REPORT.AZ/ "Qəbələ”nin kapitanı Cavid Hüseynovun Azərbaycan Premyer Liqasının XXV turunda "Kəpəz” üzərində 3:0 hesablı qələbədən sonra "Reporta" müsahibə verib.

O, əvvəlcə matçla bağlı fikirlərini bölüşüb:

- Oyunun asan keçməyəcəyini düşünürdük, belə də oldu. Sadəcə, əlimizə düşən imkanları qola çevirməyi bacardıq. İlk yarıda 3 qolluq üstünlük qazandıq. Fasilədən sonra hesabı qorumaq barədə düşündük və istəyimizə çatdıq.

Xeyli müddət idi ki, evdə azarkeşlərinizə qələbə sevinci bəxş etmirdiniz...

- Həqiqətən də evdə çoxdan idi qalib gələ bilmirdik. Şükürlər olsun ki, bu dəfə bacardıq və fanatlarımızı böyükhesablı qələbəylə sevindirdik.

Mayda "Keşlə”ylə Kubokun final matçı var. Rəqibin turnir cədvəlindəki mövqeyi arxayınçılığa əsas vermir?

- Qətiyyən! "Keşlə” yaxşı komandadır. Hazırda da uğurlu qrafik cızmaqla yanaşı, yaxşı oyun sərgiləyirlər. Final bir oyundan ibarətdir. Bu cür görüşlərin atmosferi tam fərqli olur. Həmin matça çox ciddi hazırlaşırıq.

44 - Tezliklə