Canni De Byazi: "Belə oyunlarda ilk dəqiqələrdən istəkli olmalıyıq"

Canni De Byazi: "Belə oyunlarda ilk dəqiqələrdən istəkli olmalıyıq" "Birinci hissədə oyunumuz alınmadı. Fasilədə 3 dəyişiklik etdik. Bundan sonra yaxşı imkanlarımız oldu. Amma uşaqlar ilk dəqiqələrdən daha istəkli olmalı idilər".
Futbol
2 Sentyabr , 2021 01:16
Canni De Byazi: Belə oyunlarda ilk dəqiqələrdən istəkli olmalıyıq

"İlk hissədə potensialımızdan aşağı səviyyədə çıxış etdik. Müdafiədən çıxmaqda çətinlik çəkirdik. Məşqlərdə bunun üzərində çox işləyirdik".

"Report"un məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Lüksemburqa 1:2 hesabı ilə uduzduqları dünya çempionatının seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis adi epizodlarda iki qol buraxdıqlarını bildirib: "İstək və aqressiya baxımından rəqibdən geri qalırdıq. Fasilədə 3 əvəzetmə etdik və bu da oyunumuza müsbət təsir göstərdi. İkinci hissənin 12-ci dəqiqəsindən oyuna nəzarəti ələ aldıq. Qol vurmaq üçün yaxşı imkanlarımız oldu. Təəssüf ki, istifadə edə bilmədik. Belə oyunlarda ilk dəqiqələrdən istəkli olmalıyıq".

65 yaşlı baş məşqçi deyib ki, start heyəti ilə bağlı suala cavab vermək çox çətindir: "Futbolçuların bəziləri ilə ayın 25-dən birlikdə məşq edirdik. Ölkə xaricində oynayanlar düşərgəyə gec qoşulmuşdular. Bizimlə birlikdə az məşq etdikləri üçün seçimi bu cür etmişdim”.

Son xəbərlər

Orphus sistemi