​Bu gün "Real" və "Atletiko" Avropanın ən güclü futbol klubunu müəyyən edəcək

​Bu gün "Real" və "Atletiko" Avropanın ən güclü futbol klubunu müəyyən edəcək Matç Milanın "San-Siro" stadionunda keçiriləcək
Futbol
28 May , 2016 08:08
​Bu gün Real və Atletiko Avropanın ən güclü futbol klubunu müəyyən edəcək

Bakı. 28 may. REPORT.AZ/ İspaniyanın Madrid şəhərini təmsil edən "Real" və "Atletiko" klubları bu gün Milanın məşhur "San-Siro" stadionunda keçiriləcək Çempionlar Liqasının final matçında üz-üzə gələcək.

"Report" xəbər verir ki, "Real" qalib gələcəyi təqdirdə 11-ci dəfə Avropanın ən güclü klubu ola bilər, "Atletiko" isə bunadək Avropa çempionları kubokunu qazanmayıb.

Bundan əlavə, Çempionlar Liqası kuboku ardıcıl ikinci il İspaniyaya gedəcək. Bu titulun ötənilki qalibi olan "Barselona" bu mövsüm 1/4-də "Atletiko"ya uduzaraq mübarizəni dayandırıb. Baxmayaraq ki, "Real" Avropanın ən titullu klubudur və iki il əvvəl finalda "Atletiko"ya qalib gəlib (4:1), bir çox mütəxəssislərin və futbolçuların fikrincə, Dieqo Simeonenin yetirmələri, nəhayət ki, fəxri mükafatı qazanmaq iqtidarındadırlar.

Əgər "Atletiko" Çempionlar Liqasını qazanarsa, o zaman 45 yaşlı Simeone son 50 il ərzində bu mükafatı əldə edən ilk qeyri-avropalı məşqçi olacaq. Bundan əvvəl sözügedən titul 1965-ci ildə "Milan"ı çempion edən argentinalı Elenio Erreraya nəsib olmuşdu.

Son xəbərlər

Orphus sistemi