Bu gün "Neftçi" liderlik uğrunda oyuna çıxacaq

Bu gün "Neftçi" liderlik uğrunda oyuna çıxacaq Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun son oyunu keçiriləcək.
Futbol
1379
27 Sentyabr , 2020 07:21

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun son oyunu keçiriləcək.

"Report"un məlumatına görə, "Neftçi" "Dalğa Arena"da "Qəbələ"ni qəbul edəcək. 3 oyuna 6 xal toplayan flaqman qələbə qazanacağı təqdirdə, vahid lider olacaq. 2 xalla sonuncu - 8-ci sıradakı "Qəbələ" isə autsayderlikdən xilas olmağa çalışacaq. 

Komandalar indiyədək çempionatda 47 dəfə üz-üzə gəliblər. Bunların 22-də paytaxt, 16-da əyalət təmsilçisi meydanı 3 xalla tərk edib. Topların fərqində də "Neftçi" öndədir - 67:58. 

Rəqiblərin Premyer Liqadakı son 4 duelində "Neftçi" qələbə qazanıb. "Ağ-qaralar" 12 görüşdə rəqibinə qol vura bilib.

"Qəbələ" oyuna itki ilə çıxacaq. Nikolas Raysel ötən tur "Keşlə" ilə görüşdə (0:0) ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. O, 1 matçlıq cəzasını "Neftçi" ilə qarşılaşmada çəkəcək.

Azərbaycan Premyer Liqası, IV tur

27 sentyabr (bazar)

19:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Dalğa Arena”

Qeyd edək ki, turun digər matçlarında "Səbail" evdə "Sabah"ı 2:1, "Zirə" səfərdə "Keşlə"ni 3:2 hesabı ilə məğlub edib. "Sumqayıt" - "Qarabağ" matçında qalib müəyyənləşməyib - 2:2.

Son xəbərlər

Orphus sistemi