Bu gün meydançaya çıxmalı olan komandada koronavirus aşkarlandı

Bu gün meydançaya çıxmalı olan komandada koronavirus aşkarlandı Fransanın "Sent-Etyen" klubu özünün "Twitter"dəki səhifəsində birinci komandanın oyunçularından birinin koronavirusa yoluxduğunu bildirib.
Futbol
7 Avqust , 2020 07:54
Bu gün meydançaya çıxmalı olan komandada koronavirus aşkarlandı

Fransanın "Sent-Etyen" klubu özünün "Twitter"dəki səhifəsində birinci komandanın oyunçularından birinin koronavirusa yoluxduğunu bildirib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Təhlükəli infeksiyaya yoluxan futbolçunun adı açıqlanmır. O, indi özünü təcridetmədədir.

Qeyd edək ki, bu gün – avqustun 7-də "Sent-Etyen" və Berlinin "Qerta" komandaları arasında yoldaşlıq matçı olmalı idi. Ancaq təhlükəsizlik qaydalarına görə oyun ləğv edilib.

Fransa çempionatı pandemiyaya görə vaxtından əvvəl, 28-ci turdan sonra başa çatıb. Ölkə çempionu "Pari Sen-Jermen" olub, "Sent-Etyen" yarış cədvəlində 17-ci yeri tutub.

Son xəbərlər

Orphus sistemi